Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli və qitəmiqyaslı klub turnirlərdə ən çox qol vuranların siyahısını müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, dekabrın 1-dək beynəlxalq oyunlarda 10 və daha çox qol vuran oyunçular siyahısına portuqaliyalı Kriştianu Ronaldo başçılıq edir. Ulduz futbolçu 11 ay ərzində Portuqaliya yığmasında 14, "Yuventus"da isə 6 dəfə fərqlənib. Onu 19 topla ingiltərəli Harri Keyn izləyir. İlk "3-lüy"ü isə Birləşmiş Ərəb Əmirliklərindən olan Əli Mabxut qapayır.
“Qızıl top”un son sahibi Lionel Messi 13 qolla siyahıda 13-cü pillədə qərarlaşıb.