Amerika Kubokunun püşkü atılıb. 

Offsideplus.az xəbər verir ki, qrupların tərkibi bəlli olub. Gələn il Argentina və Kolumbiyada keçiriləcək yarışın iştirakçıları iki qrupa bölünüb. A qrupunda Argentina, Boliviya, Uruqvay, Çili, Paraqvay və Avstraliya yer alıb.

B qrupunda isə son çempion Braziliya, Kolumbiya, Venesuela, Ekvador, Peru və Qətər yığmaları yer alıb. Hər qrupda ilk 4 yeri tutan komandalar 1/4 finala adlayacaq.

Qeyd edək ki, Amerika Kubokuna iyunun 12-də Argentina - Çili matçı ilə start veriləcək