AFFA Klublar Komitəsinin (KK) növbəti iclası keçiriləcək.
Offsideplus.az xəbər verir ki, görüş martın 15-də olacaq.
Saat 11:00-da "Bulvar Otel"də otelində bir araya gələcək komitə üzvləri 2018-ci ilin ilk iclasında yeni sədr seçəcək. Ötən ilin sonundan KK-nın sədri olan Orxan Hüseynzadə “Neftçi”nin prezidenti vəzifəsindən ayrılıb. Buna görə də, KK-da onu başqa üzv əvəz etməlidir.
Qeyd edək ki, Klublar Komitəsinin son iclası 2017-ci il dekabrın 13-ü keçirilib.