Ermənistan Futbol Federasiyasının prezidenti Artur Vanezyan vəzifəsindən istefa verib.
Offsideplus.az xəbər verir ki, o, yığma komandanın Avro-2020-nin seçmə mərhələsində İtaliyaya 1:9 hesablı məğlubiyyətinə görə vəzifəsindən gedib.
Ermənistanın milli təhlükəsizlik xidmətinin sabiq rəhbəri, general-mayor olan Vanezyan federasiyaya 2018-ci ilin sentyabrından rəhbərik edirdi.