21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasındakı yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Offsideplus.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma yerli hakimlər briqadasına tapşırılıb. Baş hakim Orxan Məmmədova Namik Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 19-da “Dalğa Arena”da keçiriləcək görüş saat 18:00-da başlanacaq.