Futbol üzrə Xorvatiya yığma komandası və İspaniyanın “Barselona” klubu ciddi itki ilə üzləşib.
Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi İvan Rakitiç sıradan çıxıb. O, Kataloniya klubunun son məşqlərinin birində zədə alıb. Təcrübəli futbolçunun zədəsi ciddidir. Onun hətta Xorvatiya yığmasının AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiyaya qarşı oynamayacağı bildirilir.