Azərbaycan Premyer Liqasının 28-ci turunda hazırda davam edən “Sumqayıt” – “Qarabağ” matçında ara qarışıb.

Offsideplus.az xəbər verir ki, matçın ilk hissəsində iki klubnun azarkeşləri bir-birilərinin əleyhinə şüarlar səsləndiriblər.

Bundan sonra tribunalarda qarışıqlıq düşüb. Azarkeşlər oturacaqları qıraraq atıblar.

Polis dərhal müdaxilə edib. 4 nəfər "Qarabağ" azarkeşi saxlanılıb.

Matçın ikinci hissəsində isə "Sumqayıt" azarkeşləri qadağan olunmuş pirotexniki maddə yandırıblar. Buna görə də 1 nəfər saxlanılıb.

Qeyd edək ki, matçda ilk hissədən sonra hesab dəyişməyib.