"Verona" ilə oyunda irqçiliyə məruz qalan və meydanı tərk edən "Breşiya"nın futbolçusu Mario Balotelli ilə bağlı sürpriz ismidən açıqlama gəlib.
Offsideplus.az xəbər verir ki, futbolçunun keçmiş sevgilisi, model Raffaella Fiko olayla bağlı danışıb.
"Onu oyundan sonra gördüm. Normal olaraq gərgin və üzgün idi. "Verona" azarkeşlərinin hərəkəti çox ağır idi. Mario bir italiyalıdır, dərisinin rənginə və atalrının köklərinə hörmət edilməlidir" deyə Fiko bildirib.
O, "Yenidən Balotelli ilə birlikdə olmaq istəyirsiz" sualına belə cavab verib: "İndi yalnızam. Amma hər zaman daha çox istəyənim olur. Balotelliyə geri dönmək? Niyə də olmasın? Əsla "heç vaxt" deməməlisən. Onunla çox gözəl münasibətimiz var, yaxşı dostuq".(fanat.az)