FİFA referisi Rauf Cabarov növbəti təyinatını alıb.
Offsideplus.az xəbər verir ki, UEFA ona UEFA Gənclər Liqasında oyun həvalə edib.
Belə ki, Cabarov noyabrın 6-da Moskvada keçiriləcək “Lokomotiv” (Moskva, Rusiya) – “Yuventus” (İtaliya) oyununun baş hakimi olacaq.
Ona Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcək.