Azərbaycan Premyer Liqasının 8-ci turunda bu gün keçirilən "Keşlə" - "Sabah" oyunundan sonra qalmaqal yaşanıb. 

Offsideplus.az xəbər verir ki, qonaq komandanın futbolçusu Təmkin Xəlilzadə matç bitən kimi görüşün baş hakimi Kamal Umudlunun üzərinə hücum edib. Bu zaman millimizin üzvünü polislər meydandan çıxarıb. Bu hərəkətinə görə baş hakim T.Xəlilzadəyə qırmızı vərəqə göstərib.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçın 90+3-cü dəqiqədə "Sabah"ın futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan qovulub.