“Planlaşdırdığımız kimi oynadıq. Ancaq futbolda hər detal vacibdir. Bu gün bizə çox az şey çatmadı".
Offsideplus.az xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində Sumqayıtda İsveçrə ilə keçirilən oyundan sonra deyib.
Serbiyalı mütəxəssis 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Rəqibə istədiyi oyunu oynamağa imkan vermədik. Əlbəttə, nəticədən razı qalmadım, amma futbolçulardan razı qaldım. Komanda olaraq inkişaf istiqamətində daha bir addım atmış olduq. Ancaq çox işləməliyik. Rəqibə də yaxşı oyuna görə təşəkkür edirəm”.