Almaniya millisinin futbolçusu Serj Qnabri yeni rekord müəyyənləşdirib.
Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, o, buna Argentina ilə yoldaşlıq görüşündə nail olub.
Belə ki, matçda hesabı açan 24 yaşlı vinger yığmada keçirdiyi ilk 11 oyunda qollarının sayını 10-a çatdırıb. Qnabri bununla Miroslav Klozeyə məxsus uğurlu start rekordunu yeniləyib. Belə ki, Kloze millidə ilk 13 oyunda 10 qol vura bilmişdi.
Qeyd edək ki, Almaniya - Argentina matçı 2:2 hesabı ilə başa çatıb.