Almaniya millisinin futbolçusu Serj Qnabri yeni rekord müəyyənləşdirib. 

Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, o, buna Argentina ilə yoldaşlıq görüşündə nail olub.

Belə ki, matçda hesabı açan 24 yaşlı vinger yığmada keçirdiyi ilk 11 oyunda qollarının sayını 10-a çatdırıb. Qnabri bununla Miroslav Klozeyə məxsus uğurlu start rekordunu yeniləyib. Belə ki, Kloze millidə ilk 13 oyunda 10 qol vura bilmişdi.

Qeyd edək ki, Almaniya - Argentina matçı 2:2 hesabı  ilə başa çatıb.