UEFA-nın sabiq prezidenti Mişel Platininin diskvalifikasiyası başa çatıb.
2015-ci ildə FİFA-nın Etika Komitəsi futbolla bağlı fəaliyyətinə qadağa qoyulan fransalı dörd ildən sonra yenidən bu sahədə çalışa bilər.
Korrupsiyada şübhəli bilinən M.Platini həmin vaxt 8 illik cəza alıb. Buna FİFA-nın sabiq prezidenti Yozef Blatter təşkilatın vəsaitindən fransalının hesabına pul köçürməsi səbəb olub. Sonradan bu cəza 4 ilə qədər azaldılıb.
Qeyd edək ki, 1972-87-ci illərdə futbolçu kimi “Nansi”, “Sent-Etyenn” və “Yuventus” klubları, həmçinin Fransa yığmasında oynamış M.Platini üç dəfə “Qızıl top”a layiq görülüb.