“Kəpəz” mövsümü 8-ci illədə başa vursa, Premyer Liqanı tərk etməyəcək.
Offsideplus.az Sportinfo.az-a istinadən xəbər verir ki, bu məsələyə ən yüksək səviyyədə baxılıb.
Bundan sonra Gəncənin icra başçısı Elmar Vəliyevlə AFFA prezidenti Rövnəq Abdullayev arasında əldə olunan razılaşmaya əsasən, qərb təmsilçisi gələn sezonu da elitada keçirəcək. Federasiya başçısı neft şirkətindən ayırdığı ianənin miqdarını azaldacaq. Əvəzində isə “Kəpəz”in əsas maliyyə mənbəyi Vəliyevlərə yaxın iş adamları olacaq.
Anlaşma qüvvədə qalsa, “sarı-göylər”in büdcəsi yayda 2 milyon manatadək artırılacaq.
Qeyd edək ki, SOCAR AFFA vasitəsilə əyalət klubuna illik 900 min manat verir. Son 2 ildə büdcəyə əlavə edilməmişdi.