Avropanın diqqəti "AVRO-2020"nin seçmə mərhələ oyunlarına qarışdığı vaxtda İngiltərədə aşağı liqalarda oyunlar keçirilir.
Offsideplus.az xəbər verir ki, İngiltərə I liqasında VII tur çərçivəsində keçirilən "Uikom" - "Linkoln" matçı maraqlı anlarla yadda qalıb. Matçın qəhrəmanı Co Yakobson olub. Sözügedən futbolçu ilk qolunu 5-ci dəqiqədə gözəl cərimə zərbəsi vurub. O, 35-ci dəqiqədə yerinə yetirilən künc zərbəsini güclü toxunuşla birbaşa tora göndərib. Yakobson 75-ci dəqiqədə künc zərbəsindən vurduğu gözəl qolla het-trikini rəsmiləşdirib.