Serbiya millisinin futbolçusu Luka Yoviç zədələnib.

Offsideplus.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, "Real"ın hücumçusu Avro-2020-nin seçmə mərhələsində Portuqaliya ilə matçda (2:4) zədə alıb.

Qeyd edək ki, L.Yoviç Portuqaliya ilə görüşün 87-ci dəqiqəsində meydana daxil olmuşdu.

Onun bu gün Lüksemburqa qarşı keçiriləcək oyunu dəqiq buraxacağı bildirilib.