Kamerun millisinin və İspaniya "Barselona"sının sabiq futbolçusu Samuel Eto O karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə şəxsi "İnstagram" hesabından məlumat verib.
Kamerunlu forvard karyerası ərzində İspaniyada "Real Madrid", "Malyorka", İtaliyada "İnter", "Sampdoriya", İngiltərədə isə "Everton" və "Çelsi"nin formasını geyinib. Son olaraq Qətərin eyniadlı komandasında çıxış edən oyunçu Türkiyədə "Antalyaspor" və "Konyaspor"un da şərəfini qoruyub.
Qeyd edək ki, Samuel Eto O Kamerun millisinin tarixində ən çox qol vuran futbolçudur. O, 4 dəfə ilin ən yaxşı afrikalı oyunçusu (2003, 2004, 2005, 2010) seçilib.