Uzun müddətdir futbolda gender bərabərliyinin pozulması, qadın və kişi futbolçuların qazancı arasındakı kəskin fərq müzakirə olunur.
Offsideplus.az xəbər verir ki, bu baxımdan ilk addım Finlandiya Futbol Federasiyasından gəlib. Federasiya qadın futbol yığması üzvlərinin kişilər qədər maaş alacağını açıqlayıb. Heç-heçə və qələbəyə görə olan mükafatlar da eyni olacaq.
Uzun müddətdir qadın futbolçular kişi həmkarları ilə eyni maaşı almaq uğrunda mübarizə aparırdılar. İndi onların xəyalı gerçək oldu.