Braziliya millisinin və İtaliyanın "Milan" klubunun sabiq futbolçusu Kafunun oğlu Danilo vəfat edib.
Offsideplus.az xəbər verir ki, Danilo dostları ilə futbol oynayarkən 29 yaşında infarktdan dünyasını dəyişib. Təcili xəstəxanaya aparılarkən yolda onun ürəyi dayanıb.
Qeyd edək ki, Kafu Braziliya millisinin heyətində iki dəfə (1994, 2002) dünya çempionu olub. O, indiyədək ardıcıl 3 mundialın finalında çıxış etmiş (1994,1998,2002) yeganə futbolçudur.