Milli komandamızın müdafiəçisi Rahil Məmmədov dünən səhər keçirilmiş məşq zamanı zədələndiyi barədə xəbər vermişdik.
Həkimin rəyinə və baş məşqçinin qərarına əsasən, müdafiəçi heyətdən çıxarılıb.
O, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Uels yığması ilə keçiriləcək oyuna yollanan heyətdə yer almayıb.
AFFA-nın rəsmi saytı gənc futbolçunun köhnə zədəsini yenilədiyini yazıb, amma... Bu, əsassız iddiadır.
Sportinfo.az-ın məlumatına görə, Nikola Yurçeviç son məşqdə komanda üzvləri arasında ikitərəfli oyun keçirib.
Rahil Məmmədov son 1,5 ayda "Qarabağ"ın heyətində 12 oyuna çıxdığını xatırladaraq, baş məşqçidən qısa müddətli istirahət istəyib. Xorvatiyalı mütəxəssis buna lüzum görməyib və onu meydanda saxlayıb.
Müdafiəçi Rəşad Eyyubovla ikili mübarizədən sonra ağrılar içində yerdə qalıb və ağlaya-ağlaya kənara çıxarılıb.
Topuğu şişən futbolçu bu gün MRT ediləcək. Məmmədovun təxminən 1 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.