AFFA İntizam Komitəsi "Neftçi"nin qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyevi 20 oyunluq cəzalandırıb, paytaxt təmsilçisini isə 16 min manat məbləğində cərimələyib.

Offsideplus.az-ın məlumatına görə, cəriməni Peşəkar Futbol Liqasına klub ödəyəcək. Məbləğ isə bu aydan etibarən məşqçinin maaş və mükafatlarından hissə-hissə tutulacaq.

Məsələ ilə bağlı Tarıverdiyevin özü ilə əlaqə saxlamağa çalışdıq. Ancaq "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məşqçinin mətbuata danışmasına icazə verilmədiyini, klub tərəfindən ona qadağa qoyulduğunu söylədi.

Xatırladaq ki, Tarıverdiyev "Sumqayıt"la oyunda (2:1) rəqib komandanın baş məşqçisini vurduğu üçün ağır cəza alıb. (sportinfo.az)