"Sabah" klubunun daxilində qəribə hadisələr yaşanır.
Offsideplus.az xəbər verir ki, bu mövsüm iddialı olacağı gözlənilən paytaxt klubu Premyer Liqanın III turunda da qələbəsiz qalıb. "Zirə" ilə 1:1 hesablı heç-heçə ilə yekunlaşan oyunda da xal itirən komandaya əvvəlcə 3 günlük istirahət verilib. Lakin gecə saatlarında bildirilib ki, hazırlaşın, təcili iclas olacaq.
İclas ötən gün saat 13:00-da olub. Klub prezidenti Maqsud Adıgözəlov iclasda bu ifadələri səsləndirib: "Ayrı-ayrılıqda sizin hər birinizə hörmət edirəm. Komanda şəklində isə sizə nifrət edirəm. Bundan sonra nə oyunlarınıza, nə də məşqlərinizdə iştirak etməyəcəm. Mən getdim". (sportlife.az)