Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulacaq. 

Offsideplus.az xəbər verir ki, ikinci oyun günündə iki görüş keçiriib.

Mövsümə yaxşı başlamayan "Neftçi" öz meydanında "Sumqayıt"ı sınağa çəkib. Görüşdə hesabı qonaqlar açsa da, "ağ-qaralar" iki qol vuraraq mövsümdə ilk qələbəsini qazanıb - 2:1.


Turun son matçında isə ölkəmizi Avroliqanın qrup mərhələsində təmsil edən "Qarabağ" "Səbail"in qonağı olub. Ağdam klubu rəqibinə 4 cavabsız qolla qalib gəlməklə vahid lider olub.

 

Azərbaycan Premyer Liqası, III tur


21:00. “Səbail” – “Qarabağ” - 0:4 (İkinci hissə)
Qol: 
Dani Kintana, 2, İsmayıl İbrahimli, 29, 59, Mahir Emreli, 62
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Cavanşir Yusifov, Rəhim Həsənov


19:00. “Neftçi” – “Sumqayıt” - 2:1 
Qol:
 Mehdi Şərifi, 33 (0:1), Emin Mahmudov, 64 (1:1), Stiven Monroz, 90+5 (2:1)
Qırmızı vərəqələr: Murad Xaçayev, 82 - iki sarı vərəqə ("Sumqayıt"), Anton Krivotsyuk, 90+5 -iki sarı vərəqə ("Neftçi"), Vurğun Hüseynov, 90+5 - birbaşa qırmızı vərəqə ("Sumqayıt")
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elçin Məsiyev