"Dabonun etdiyi artıq, qudurğanlıqdır. Onun çantasını qoltuğuna verib, Azərbaycandan iti qovan kimi qovmaq lazımdır. Sən kimsənki azərbaycanlı futbolsevərə elə söz deyirsən? Gəlib burada Azərbaycanın pulunu qazanırsan, üstəlik azərbaycanlıları təhqir edirsən. Bu necə olur?".
Offsideplus.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin keçmiş futbolçusu Mahir Şükürov deyib. O, Baqali Dabonun azarkeşlər haqda şəxsi instaqram hesabında yazdığı nalayiq ifadələrə münasibət bildirib:
"Daboya demək istəyirəm ki, azarkeşlərə dediyin sözlər var e, elə özünə qayıtsın. Bu klubda onsuz da prezidenti sayan yoxdu. Dabodan əvvəl də bir məsələ var idi. Dario Frederiko “Neftçi”dən ayrılandan sonra klub rəhbərliyi haqda pis sözlər demişdi. Ancaq onu klub rəhbərliyi sonradan yenə komandaya qaytarırsa, daha onlardan nə gözləyəsən?
“Neftçi”də oynayanda “Xəzər Lənkəran”la Lənkərandakı matçda azarkeşləri söyməmişdim heç. Sadəcə, ortabarmaq göstərmişdim. Halbuki, onlar məni 90 dəqiqə söymüşdü, amma mən heç nə deməmişdim. Həmin vaxtı məni az qala vətən xaini çıxardırdılar. Baqali Dabonun həyat yoldaşı da futbolçunun oynamamasına görə guya narazılıq bildirib. Klubun belə prezidenti varsa, belə də olmalıdır da, başqa cür nə olacaqdı ki?