"Qarabağ"ın yay fasiləsində heyətinə qatdığı fransalı futbolçu Maqaye Qeyenin müqaviləsinin detalları bəlli olub.
Ağdam təmsilçisi 29 yaşlı hücumçu ilə 2 illik sözləşmə imzalayıb. Seneqal əsilli forvardın 1 illik qazancı isə 420 min dollar təşkil edəcək.
Qeyd edək ki, Maqaye Qeye son olaraq Türkiyənin "Osmanlıspor" klubunda çıxış edib. O, karyerası ərzində Fransanın "Strasburq", "Brest", İngiltərənin "Everton", "Milloull" və Türkiyənin "Adanaspor" komandalarının formasını geyinib. "Qarabağ" futbolçunun keçidini elan edən zaman transferin detallarını açıqlamayıb. (report)