AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının heyəti müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Rayan Giqqz sentyabrın 6-da Azərbaycanla rəsmi, 10-da isə Belarusla yoxlama görüşündə xidmətindən yararlanacağı futbolçuların adlarını açıqlayıb.
Qapıçılar: Ueyn Hennessi ("Kristal Pelas", İngiltərə), Denni Uord ("Lester", İngiltərə), Adam Deyvis ("Stok Siti", İngiltərə)
Müdafiəçilər: Ethan Ampadu ("Leypsiq", Almaniya), Ben Deyvis ("Tottenhem", İngiltərə), Kris Qunter ("Ridinq", İngiltərə), Ceyms Lavrens ("Anderlext", Belçika), Tom Lokyer ("Çarlton", İngiltərə), Kris Mepham ("Bornmut", İngiltərə), Co Rodon, Konnor Roberts (hər ikisi "Suonsi"), Neyl Teylor ("Aston Villa", İngiltərə)
Yarımmüdafiəçilər: Co Allen ("Stok Siti", İngiltərə), Daniel Ceyms ("Mançester Yunayted", İngiltərə), Co Morrell ("Linkoln", İngiltərə), Aron Remsi ("Yuventus", İtaliya), Mettyu Smit ("Kuinz Park Reyncers", İngiltərə), Uill Vaulks ("Kardiff"), Harri Uilson ("Bornmut", İngiltərə), Conni Uilyams ("Çarlton", İngiltərə)
Hücumçular: Qaret Beyl ("Real", İspaniya), Rayan Hedges ("Aberdin", Şotlandiya), Tom Lavrens ("Derbi", İngiltərə), Kifer Mur ("Uiqan", İngiltərə), Ben Vudburn ("Oksford Yunayted", İngiltərə), Sem Uoks ("Stok Siti", İngiltərə)
Qeyd edək ki, Uels - Azərbaycan qarşılaşması sentyabrın 6-da "Kardiff" stadionunda keçiriləcək.