"Neftçi”nin hücumçusu Baqali Dabonun həyat yoldaşı klubdan narazıdır.

O, bu barədə sosial şəbəkədəki paylaşımında yazıb. Baqalinin fotolarını paylaşan xanımı "Keçən il bu komandada ən çox kimin qol vurduğunu bilirik. Əhsən sənə. Bu nə birinci, nə sonuncu dəfədir. Biz bilirik ki, ən yaxşı sənsən. Şansı başqalarına buraxaq. Heç nə olmaz, öyrəşirik” yazıb.
 
 
Qeyd edək ki, baş məşqçi Roberto Bordin Daboya "Sabah”la 1:1-lik heç-heçə etdiyi matçda forma şansı verməyib.