"Hamı problemlərimizin olduğunu, oyunumuzun alınmayacağını və konsentrasiya çatışmazlığı yaşayacağımızı düşünürdü. Amma əksinə, bu gün rəqibdən daha üstün oynadıq. Qol imkanlarımız da bunu göstərdi".
Offsideplus.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Səbail"in futbolçusu Ağabala Ramazanov evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 26 yaşlı hücumçu qələbəyə görə sevindiklərini və komandada maliyyə probleminin olmadığını bildirib: "Matça ciddi hazırlaşmışdıq. Çox şadıq ki, 3 xal əldə etdik. Bu gün heç bir problemimiz yoxdur. Həqiqi deyirəm, gizlətmirəm.
Klubun nə mənə, nə də digər oyunçularımıza borcu var. Bunu hamının adından deyirəm. İclasda problemli məsələlərdən danışdılar, amma yalandan danışa bilmərik ki, problemimiz var, gizlədirik. Heç bir sıxıntımız yoxdur. Maaş nədirsə, onu da alırıq. Hamı üçün maddiyyat önəmlidir. Belə problem olsa, komandanın çıxışına təsir edə bilər. Lakin tam səmimi deyirəm ki, hazırda belə şey yoxdur. Müqaviləmizdə göstərilən məbləği alırıq. Üzülməyimizə səbəb yoxdur".
Ramazanov "Zirə"nin qapısına təyin olunmuş penalti epizodu zamanı komandasının qayda pozuntusuna yol verdiyinə dair iddiala isə belə reaksiya verib: "Düzü, həmin epizodu görmədim. Həmin ərəfələrdə Fəhmin Muradbəyliyə dedim ki, sən mənim mövqeyimə keç, özüm yorulmuşam".
Forvard yay fasiləsində "Zirə"yə transfer variantının olduğunu etiraf edib. O, sonradan məsləhətləşərək, "Səbail"də qalmağı daha məqsədəuyğun saydığını söyləyib: "Rəsmi təklif yox idi, amma maraqlanırdılar. Mən də özümü getməyə hazır hiss edirdim. Hamı məni qınayır, yazırlar ki, Ağa getmədi. Özüm də getmək istəyirdim. Şifahi danışıq olmuşdu, amma rəsmiyyət yox idi. Bəzi nüanslar da mənə sıxıntı yaradırdı. Artıq mənim üçün "Zirə" söhbəti yoxdur. Çalışıram ki, "Səbail" adına vuruşum. Klubdaxili iclasımızda problem, əmək haqqıda yubanma yaşaya biləcəyimiz deyilmişdi. Sonradan rəhbərlik hamımızı razı saldı. Nə söx verilmişdisə, elədilər və hamımız komandada qaldıq". (report)
Bununla belə, Ramazanov ciddi təklif alacağı təqdirdə, "Səbail"in ona gedişi üçün problem yaratmayacağını diqqətə çatdırıb: "Hətta çempionatın ortasında da rəsmi təklif gəldə, gedərəm".
Hücumçu hazırda "Səbail"də ehtiyat qüvvənin olmadığını da etiraf edib. O, problemin həlli üçün gələcəkdə yeni transfer etmələrinin mümkünlüyünü vurğulayıb: "Ötən mövsüm də məqsədimiz Avropa Liqasına vəsiqədən ibarət olmayıb. Sadəcə, özümüz bunu istəyirik və yenə yüksək yerlər uğrunda mübarizə aparacağıq".