Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Moskva "Dinamo"sunun heyətində Rusiya Premyer Liqasında növbəti oyununu keçirib.

Offsideplus.az-ın məlumatına görə, 23 yaşlı hücumçu çempionatın VI turunda evdə Lokomotiv"ə qarşı paytaxt derbisində forma geyinib. Start heyətdə yer alan Şeydayev sonadək meydanda olub. Lakin o, komandasının 1:2 hesablı məğlubiyyətinə əngəl ola bilməyib.

Hesabı 3-cü dəqiqədə "Dinamo"dan Maksimilian Filipp açsa da, Aleksey Mirançuk 28-ci dəqiqədə penalti ilə bərabərlik, 82-ci dəqiqədə idə Anton Mirançuk qələbə toyunu vurub.

Bu nəticədən sonra "Dinamo" 5 xalla 13-cü pilləyə enib. Xallarını 13-ə çatdıran "Lokomotiv" isə ikincidir.