“Liverpul”la “Çelsi” arasında keçirilən UEFA superkuboku matçının ən yaxşı oyunçusu məlum olub.
Offsideplus.az xəbər verir ki, İstanbuldakı oyunun ən yaxşısı “Liverpul”lu Sadio Mane seçilib. Mersisayd təmsilçisinin qarşılaşmadakı hər iki qolunu məhz seneqallı hücumçu vurub.
120 dəqiqəsi 2:2 hesabıyla bitən matçda “Liverpul” “Çelsi”ni penaltilər seriyasında 5:4 hesabıyla məğlub edərək, UEFA superkubokunun qalibi olub.