“Təəssüf ki, ötən il də bəzi oyunlar ətrafında mənfi söhbətlər dolaşdı. Hətta hadisələrdən heç bir məlumatı olmayan komandaların adı da olaylar ətrafında hallandı. Mən hamınızdan xahiş və tələb edirəm, idman prinsipinə sadiq qalaq, yaradılmış şəraitdən normal istifadə edək".
Offsideplus.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2019/2020 mövsümü üçün birinci divizionun püşkatma mərasimində deyib.
O, atılan neqativ addımların gənc futbolçulara təsir etdiyini söyləyib: "Futbolçulara düzgün nümunə olmaq lazımdır. Çalışın, yeni futbolçular yetişdirin. Bizim çempionatı keçirmək səbəblərimizdən biri də milli komandaya futbolçu yetişdirməkdir. Əgər il ərzində hər komanda milli üçün heç olmasa 1 futbolçu yetişdirə bilsə, bu, mövsümün sonunda yığma üçün 12-13 yeni futbolçu deməkdir.”