“Səbail”in futbolçusu Maykl Essyen karyerasını Cənubi Afrika Respublikasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, Essyen, bu ölkənin çempionatı haqda fikirlərini “goal.com”a bildirərkən, Cənubi Afrikaya getmək istədiyini də deyib:
“Cənubi Afrika pis deyil, ora getmək istərdim. Heç vaxt “heç vaxt” deməməlisən. Seçimlərimi açıq saxlayıram. Futbolu sevirəm. Bütün həyatımboyu futbol oynamışam. Ona görə də, karyeramı bitirmək haqda düşünmürəm.”
Cənubi Afrika mətbuatı “Kayzer Çifs” klubunun Essyenin xidmətində maraqlı olduğunu iddia edir.