AFFA İntizam Komitəsi “Neftçi”nin futbolçusu Rəşad Sadiqovu cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, İK-nin çıxardığı qərarda qeyd edilib ki, R.Sadiqov Topaz Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Neftçi” matçının 60-cı dəqiqəsində azarkeşlərə qarşı təhqiredici ifadələr işlədib. Bu səbəbdən o, meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.
“Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Bundan başqa, “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə edilib.