"Viktoriya” ilə yoxlama matçında zədələnən "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov tibbi müayinədən keçib.
Offsideplus.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, futbolçunun ayağında əzələ dartılması aşkarlanıb. Hüseynov ən azı 5 gün yaşıl meydanlardan kənar qalacaq.
Onun adının iyulun 10-da Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə oyunun iştirak ərizəsində olub-olmaması isə həkimlərin son qərarından sonra məlum olacaq.