Afrika Millətlər Liqasında iştirak edən Misir yığması ilə bağlı şok olay yaşanıb.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Amr Varda komandadan qovulub.
Buna səbəb onun hər hansı bir intizamsızlığı deyil, sosial şəbəkə vasitəsilə etdiyi tərbiyəsizlik olub. Belə ki, 26 yaşlı hücumameyilli oyunçu "WhatsApp" vasitəsilə cinsiyyət orqanının fotosunu və videosunu bir neçə qıza göndərib. Bunun aşkara çıxması isə yerli futbol federasiyası tərəfindən Vardanın qovulması ilə nəticələnib.
Qeyd edək ki, Afrika Millətlər Liqasının A qrupunda qərarlaşan Misir yığması ilk oyunda Zimbabve üzərində 1:0 hesablı qələbə qazanıb.(matc.az)