AFFA-nın baş katibi Elxan Məmmədovun həm də gözəl aktyorluq məharəti varmış.

Offsideplus.az xəbər verir ki, baş katib 16 il öncə, 24 yaşında "Bəyaz həyat" filminə çəkilib.

Filmin hazırda Avropada yaşayan rejissoru Rahim Sadıqbəyli açıqlamasında Məmmədovun filmin sponsoru Nahid Kabakçının sahibi olduğu "Natavan center"in baş meneceri olduğunu deyib: "Filmin ərsəyə gəlməsində onun çox böyük dəstəyi oldu. Həmin epizod da belə yaranıb. Nahid bəyi çəkərkən Elxandan xahiş elədim ki, ingiliscə bir kəlmə de, epizoda girə bilək. O da sağ olsun, razılıq verdi".

Xatırladaq ki, hazırda 40 yaşı olan Məmmədov 9 ildir AFFA-nın baş katibidir.

Filmin videosunu (Elxan Məmmədov 42-ci dəqiqədən etibarən) təqdim edirik.