Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Slovakiyaya 1:5 hesablı məğlubiyyətdən sonra AFFA rəhbərliyinə hesabat verməsi və yaxın günlərdə istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı mütəxəssis qol.az-a açıqlamasında məlumatı təkzib edib. O, istefa söhbətinin doğru olmadığını söyləyib:
"Bunlar həqiqət deyil. İstefa ilə bağlı söhbət olmayıb. Matçdan sonra yalnız qısa analiz xarakterli görüş oldu. Hamısı bu qədər".
Qeyd edək ki, Slovakiya ilə oyundan sonra "Bakcell Arena"da AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib. Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.