"Azərbaycanla oyunun çox çətin olacağını gözləyirəm. Bu rəqib bizə elə də tanış deyil".
Offsideplus.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin yarımmüdafiəçisi Yuray Kuçka yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. Avro-2020-nin seçmə mərhələsində iyunun 11-də Bakıda millimizlə keçirəcəkləri oyun haqda danışan futbolçu ölkəmizin iqliminin onlara çətinlik yarada biləcəyini düşünür:
"Bakıda çətin şərtlər altında oynayacağıq. Ölkənin iqlimi tamam fərqlidir. Buna uyğunlaşmalıyıq. Oyundan 2 gün əvvəl orada olmağımız bizə kömək edə bilər. Hava şəraitinə nə dərəcədə öyrəşməyimiz oyunda bilinəcək".
Kuçka millimizin Macarıstana dünənki məğlubiyyətinin onlar üçün üstünlük olmadığını bildirib: "Biz buna fikir verməməliyik. Məğlubiyyət onları silkələyə bilər. Bizimlə oyunda qol vurmağa çalışacaqlar. Macarlar kimi dueldən qalib ayrılmaq istəyiriksə, 100 faizlik konsentrasiya ilə oynamalıyıq. Bakıdan 3 xalla qayıtmaq istəyirik".
Qeyd edək ki, Azərbaycan - Sloveniya oyunu saat 20:00-da başlayacaq.(qol.az)