Kamran Quliyevin “Neftçi”nin prezidenti vəzifəsinə təyin olunmasından sonra vakant qalan “Sumqayıt”dakı analoji postun yeni sahibi müəyyənləşib.

Offisdeplus.az Sport24.az-a istinadən xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisinin yeni prezidenti Zaur Hacı-Məhərrəmov təyin ediləcək.

U-21 yığmasının kuratoru, habelə AFFA-nın texniki direktoru Bernhard Lippertin müavini işləyən Z.Hacı-Məhərrəmovun bəyin yeni postuna təyinatı gələn həftənin ilk günlərində rəsmiləşəcəyi gözlənilir.

rthrjhtuyk.jpg