"Qarabağ"ın futbolçusu Mahir Mədətov yeni şəxsiyyət vəsiqəsi alıb.
Offsideplus.az xəbər verir ki, millimizin üzvü atasının soyadı ilə yanaşı, adından da imtina edib. Ata adı yerində babası Mahirin adını yazdırıb.
Xatırladaq ki, şou-biznesin məşhur cütlüyü prodüser Anar və Elnurə Mədətovlar ayrılıb. A.Mədətov uzun müddətdir Samirə adlı xanımla sevgilidir. Prodüser vizajist sevgilisi ilə toy etməyə hazırlaşır.
Elnurə və Anarın ayrılması övladlarını sarsıdıb. Keçmiş cütlüyün futbolçu oğlu Mahir Mədətov buna görə atası ilə danışmır.