“Qarabağ”ın futbolçusu Miçel sıraya dönüb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi zədəsini tam sağaldıb.
Miçel ölkə çempionatının XVI turunda “Səbail”lə keçiriləcək matçda komandasına kömək etməyə hazırdı. Baş məşqçi Qurban Qurban şans verəcəyi təqdirdə, o, meydana çıxacaq.
Qeyd edək ki, “Səbail” – “Qarabağ” oyunu fevralın 18-də keçiriləcək. "Bayıl Arena"da baş tutacaq görüş 17:30-da start götürəcək.