AFFA İntizam Komitəsinin iclası keçirilib.
Offsideplus.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu olan “Qarabağ” – “Qəbələ” görüşündəki neqativ hallara hüquqi qiymət verilib.
“Qəbələ”nin 6 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub. Görüş başa çatdıqdan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Miçel aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırlıb, klub 3200 manat cərimə olunub.
Qarşılaşmanın 75-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozub. Bu üzdən texniki zonadan kənarlaşdırılan Qurbanov final oyununu tribunadan izləməli olacaq. Bu, həmçinin "qırmızı-qaralar"ın 800 manatlıq cərimə olunmasına səbəb olub.