Son günlərdə ailə qalmaqalı ilə gündəmə gələn “Qarabağ”ın futbolçusu Mahir Mədətov müzakirələrə səbəb olacaq daha bir paylaşım edib.
O, “İnstagram”da “Səbail”lə matçda qol vurduqdan sonra çəkilən şəklini yerləşdirib. Hücumçu formasının üzərində “Madatov” yazılmış hissəni “Mahir”lə əvəz edib. Valideynləri boşandıqdan sonra ata soyadından imtina edən Mahirin yeni mövsümdə formasında Əmrəli soyadı yazılacaq
Qeyd edək ki, futbolçunun atası Anar Mədətov oğlunun soyadından imtina etməsi xəbərlərini təkzib etmişdi.