"Səbail" klubunun yarımmüdafiəçisi Maykl Essyen zədəsini sağaldıb.
Offsideplus.az xəbər verir ki, qanalı futbolçu artıq məşqlərə başlayıb. Ötən həftədən komanda ilə hazırlıqda iştirak edən 36 yaşlı oyunçunun mayın 5-də Azərbaycan Premyer Liqasının 27-ci turunun "Qarabağ"la görüşündə meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, Essyen ayaq barmağındakı xroniki zədədən əziyyət çəkirdi.(qol.az)