Çin millisinin baş məşqçisi Fabio Kannavaro vəzifəsindən ayrılıb.
Offsideplus.az-ın məlumatına görə, "Real" və "Yuventus"un sabiq futbolçusu, dünya çempionu istefa verib.
Bu barədə mütəxəssis özü instaqram hesabı vasitəsilə paylaşım edib. Bununla da onun Çin yığmasındakı işi cəmi 1 ay çəkib. Bu müddətdə komanda müvafiq olaraq Tailand və Özbəkistana məğlub olub.
O, bu qərarı iki işi birdən görməyin çətinliyi ilə əlaqələndirib: "Quançjou Everqrand" klubuna və Çin Futbol Federasiyasına təşəkkür edirəm. Onlar iki böyük komandanı eyni anda mənə həvalə ediblər. Ancaq iki yerdə birdən çalışmaq çox vaxtımı alır və ailəmə vaxt sərf edə bilmirəm".