“Qarabağ”ın futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə “Zirə”yə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, o, əvvəlcə görüş haqda danışıb.
- İstənilən oyun çətin olur. Bu gün yaxşı oynadıq. 3 xala layiq olduğumuzu düşünürəm.
- Bu, hər kəsin başına gələn bir şeydir. Nəzərə alaq ki, qol vurduğum qapıçı çox az halda oyunlarda iştirak edir.
- Hazırda turnir cədvəlində ilk pillədə qərarlaşmısınız. Sizcə, “Neftçi” ilə qarşılaşmayadək bu fərqi saxlaya biləcəksiz?
- Bir oyun qalıb. Özümüzə, oyun tərzimizə inanırıq. Matçdan-matça daha yaxşı oyun nümayiş etdiririk. Ümüd edirəm ki, həmin qarşılaşmaya qədər bu üstünlüyümüzü qoruya biləcəyik.
- Azərbaycan kubokunun 1 /2 final mərhələsinin ilk oyununda uduzdunuz. Bunun heyətdəki dəyişikliklərlə əlaqəsi vardı? Ümumiyyətlə, çempionluğa oynayan komandaya bu məğlubiyyət psixoloji cəhətdən necə təsir edə bilər? Kubok matçları olmasa, daha yaxşı çıxış edə bilərsiniz?
- Nəzərə alaq ki, bizim heyətimiz çox geniş və zəngindir. Hətta, 5-6 dəyişiklik olanda belə komanda öz oyun tərzinə sadiq qalır. Həmin oyundakı məğlubiyyətin heyətdəki dəyişikliklərlə bağlı olduğunu düşünmürəm. Oradakı meydanda oynamaq çox ağır idi, uduzmağımızı bununla əsaslandırıram.
- “Neftçi”dən 2 xal öndəsiz. Əgər, xallar bərabərləşsə və çempionluğun taleyi son oyunda həll olunmalı olsa, bu komandada hansısa təzyiq, gərginlik yaradacaqmı?
- Təbii ki, məsələ əvvəlcədən həll olunsa, daha yaxşıdır. Lakin, hazırkı durumda da orada oynamalı olsaq, heç bir problemimiz olmayacaq. Kifayət qədər təcrübəli komandayıq. Ona görə də, bizim üçün hər hansı bir fərqi yoxdur.(qol.az)