Bu gün AFFA-nın inzibati binasında klublar komitəsinin növbəti iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, toplantıda U-21 millinin baş məşqçisi Milan Obradoviç, PFL-in mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Aslan Şahgəldiyev, premyer liqada mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər.
Yığıncaqda ölkə futbolu ilə bağlı bir sıra məsələlər müzakirə olunub.