"Səbail" klubunun ulduz transferi Maykl Esyen Bakı klubunda ilk oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, qanalı yarımmüdafiəçi U-21 millimizlə yoxlama matçında (1:1) iştirak edib. Oyuna ehtiyatda başlayan 36 yaşlı futbolçu 67-ci dəqiqədə Rahid Əmirquliyevin yerinə meydana daxil olub.
Qeyd edək ki, Esyen bir neçə gün öncə "Səbail"lə 1.5 illik müqavilə bağlayıb.