"Azərbaycan millisi mənim vaxtımdakı ilə müqayisədə az dəyişib. Güman edirəm ki, Nikola Yurçeviç bir neçə dəyişiklik edəcək”.
Offsideplus.az xəbər verir ki, bu sözləri millimizin sabiq baş məşqçisi Robert Prosineçki AÇ-2020-nin seçmə mərhələsində martın 21-də keçiriləcək Xorvatiya – Azərbaycan oyunu ilə bağlı danışarkən deyib.
Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında yığmamızın rəqibə çətinlik yarada biləcəyini vurğulamaqla yanaşı sürpriz nəticənin qeydə alınacağına inanmadığını bildirib:
“Azərbaycan Xorvatiya üçün çətinlik yarada bilər. Futbolçuların əksəriyyəti "Qarabağ"da oynayır. Bu komanda Çempionlar Liqası və Avropa Liqasında müntəzəm iştirak edir. Milliyə dəvət alanların çoxu Azərbaycanın top komandalarında çıxış edirlər. "Neftçi" də yaxşı komandadır.
Azərbaycanlı futbolçular Zaqrebdə sona qədər savaşdan çəkilməyəcəklər. Ancaq onların Xorvatiyanı büdrədəcəklərinə inanmıram. Xüsusilə də, "Maksimir" stadionunda. Ancaq nəticə əldə etmək üçün sona qədər mübarizə aparacaqlar.
Onlar sürətli və fərdi keyfiyyətlərdə seçilirlər. Ancaq Xorvatiya ilə eyni səviyyədə deyillər”.(qol.az)